ƏƏSMN-ə daxil olan müraciətlərin statistikası açıqlanıb

ƏƏSMN-ə daxil olan müraciətlərin statistikası açıqlanıb Bakı. 6 iyul. REPORT.AZ/ Bu ilin iyun ayında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 142 - “Çağrı mərkəzi”nə vətəndaşlar tərəfindən 12111 müraciət daxil olub.
Sosial müdafiə
6 İyul , 2018 14:58
ƏƏSMN-ə daxil olan müraciətlərin statistikası açıqlanıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi / Report
0 : 00
0 : 00

Bakı. 6 iyul. REPORT.AZ/ Bu ilin iyun ayında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 142 - “Çağrı mərkəzi”nə vətəndaşlar tərəfindən 12111 müraciət daxil olub.

Nazirlikdən "Report"a verilən məlumata görə, müraciətlər sosial təminat, tibbi-sosial reabilitasiya, aktiv məşğulluq tədbirlərinə, o cümlədən özünüməşğulluq proqramına cəlb olunma, əmək qanunvericiliyinə əməl olunması, sığorta-pensiya sistemi, bu sahələr üzrə elektron xidmətlərdən istifadə və s. məsələlərlə bağlı olub. Onlardan 96 faizə qədərini sorğu xarakterli müraciətlər təşkil edib.

Sorğuların hər biri nazirliyin aidiyyəti sahələr üzrə mütəxəssisləri tərəfindən operativ və ətraflı cavablandırılıb. Araşdırılması tələb olunan sorğular nazirliyin aidiyyəti struktur bölmələrində baxılıb və müvafiq tədbirlər görülüb.

SMS-məlumatlandırma xidməti də davam etdirilərək, ötən ay vətəndaşların aidiyyəti məsələlər üzrə məlumatlandırılması məqsədilə 34611 SMS göndərilib.   

Son xəbərlər

Orphus sistemi