Yuxarı
    Bağlamaq

    Ədliyyə Nazirliyi işçi axtarır

    Sənəd qəbulu bu gündən başlayıb© Report.az

    Bakı. 4 may. REPORT.AZ/ Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbulla bağlı açıq müsabiqə elan olunub.

    Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, vakant ştat vahidləri əsasən filologiya (Azərbaycan dili və ədəbiyyatı), fizika, inşaat mühəndisliyi, mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi, yol hərəkətinin təşkili, yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi, iqtisadiyyat, mühasibat uçotu və audit, maliyyə, eləcə də Mərkəzin Şirvan regional bölməsində kimya ixtisasları üzrədir.

    Ədliyyə orqanlarında qulluq keçmə ilə bağlı qanunvericiliyin tələblərinə cavab verən həmin ixtisaslar üzrə ali təhsilə malik Azərbaycan vətəndaşları müsabiqədə iştirak edə bilərlər.

    Sənədlər may ayının 4-dən etibarən Məhkəmə Ekspertizası Mərkəzinin inzibati binasında (Bakı şəhəri, Xəqani küçəsi 24, tel: (012) 498-09-71), Mərkəzin Gəncə regional bölməsində (Gəncə şəhəri, Kəpəz rayonu, V.Xuluflu küçəsi 11, tel: (0222) 65-18-96), Mərkəzin Şəki regional bölməsində (Şəki şəhəri, Salman Mümtaz küçəsi 1, tel: (+99470) 229-30-29), Mərkəzin Şirvan regional bölməsində (Şirvan şəhəri, 20 yanvar küçəsi 16, tel: (02121) 5-55-91) qəbul edilir.

    Müsahibədə iştirak etmək üçün qanunvericiliyə əsasən tələb olunan sənədlərin siyahısı və imtahana hazırlıqla bağlı “Yaddaş kitabçası” mərkəzin internet səhifəsində (www.expert.gov.az) “İşə qəbul” bölməsində yerləşdirilib, habelə mərkəzə və onun regional bölmələrinə müraciət edənlərə veriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi