​Ədliyyə naziri Kürdəmirdə vətəndaşları qəbul edib

​Ədliyyə naziri Kürdəmirdə vətəndaşları qəbul edib Müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb
Sosial müdafiə
22 Yanvar , 2015 18:33
​Ədliyyə naziri Kürdəmirdə vətəndaşları qəbul edib

Bakı. 22 yanvar. REPORT.AZ/ Bu gün ədliyyə naziri Fikrət Məmmədov Kürdəmir şəhəri Heydər Əliyev Mərkəzində Kürdəmir, Ucar, Zərdab və Ağsu rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən Qəbuldan əvvəl nazir Fikrət Məmmədov və Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, ulu öndərin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Qəbula yazılış qabaqcadan başlanılaraq vətəndaşların rahatlığının təmin edilməsi üçün nazirliyin elektron xidmətlər portalında xüsusi olaraq birbaşa yazılmaq imkanı yaradılıb.

Gün ərzində aparılmış qəbul zamanı ədliyyə və məhkəmə fəaliyyəti, habelə digər müxtəlif məsələlər ilə bağlı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Eyni zamanda, ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə baxılıb, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.

Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Səfər zamanı ədliyyə naziri yerli məhkəmə və ədliyyə orqanlarının fəaliyyəti və iş şəraiti ilə tanış olub, hakimlər və ədliyyə işçiləri ilə görüşərək dövlət başçısının vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, etik davranış qaydalarına ciddi riayət olunması, korrupsiyaya şərait yaradan hallara yol verilməməsi ilə bağlı tələblərini diqqətə çatdıraraq müvafiq tövsiyə və tapşırıqlarını verib.

Son xəbərlər

Orphus sistemi