Yuxarı

​Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün qeydiyyat prosesi sadələşdirilib

Onlar qeydiyyata düşmək üçün elektron xidmətdən istifadə edəcəklər

Bakı. 8 iyul. REPORT.AZ/ Dövlət Miqrasiya Xidməti Azərbaycan ərazisində 10 gündən çox müvəqqəti qalmaq istəyən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün qeydiyyat prosesini sadələşdirib.

Qurumun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Xidmətin təqdim etdiyi “Olduğu yer üzrə qeydiyyata alınması üçün müraciətin və sənədin qəbulu” adlı xidmət elektron hökumət portalına inteqrasiya edilib.

Xidmət qeydiyyatsızdır, yəni xidmətdən istifadə etmək üçün portaldan qeydiyyatdan keçmək tələb olunmur. Sadəcə e-gov.az elektron ünvanına daxil olub, elektron xidmətlər içərisindən Dövlət Miqrasiya Xidmətinin təqdim etdiyi elektron xidmətlər siyahısından “Olduğu yer üzrə qeydiyyata alınması üçün müraciətin və sənədin qəbulu” xidmətini seçmək lazımdır.

Xatırladaq ki, xidmət Azərbaycan, ingilis və rus dilində təqdim edilir. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə hüquqi şəxslər tərəfindən qeydiyyatı isə fiziki şəxslərin həyata keçirdiyi qaydada aparılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi