Dünya Bankının daha bir missiyası sabah Azərbaycana gəlir

Dünya Bankının daha bir missiyası sabah Azərbaycana gəlir Missiyaya Bankın sosial inkişaf üzrə mütəxəssisi Robert Vrobel başçılıq edəcək
Sosial müdafiə
24 Aprel , 2017 17:29
Dünya Bankının daha bir missiyası sabah Azərbaycana gəlir

Bakı. 24 aprel. REPORT.AZ/ Sabah Dünya Bankının (WB) növbəti missiyasının Azərbaycana səfəri başlayır. 

“Report” xəbər verir ki, missiyaya bankın sosial inkişaf üzrə mütəxəssisi Robert Vrobel (Robert Wrobel) başçılıq edəcək.

Səfərin əsas məqsədi “Məcburi köçkünlərin həyat şəraiti və iqtisadi imkanlarının gücləndirilməsi layihəsi” çərçivəsində ayrılan əlavə maliyyələşdirmənin istifadəsi ilə bağlı məsələlərin müzakirəsidir. Ayrılan məbləğ 50 mln. ABŞ dolları təşkil edir.

Məlumata görə, missiyanın Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyinin nümayəndələri ilə görüşü gözlənilir.

Qeyd edək ki, ötən ilin aprelin 4-də layihənin Dünya Bankı sosial inkişaf üzrə mütəxəssisi Mişel Rebosionun (Michelle Rebosio) başçılıq etdiyi nümayəndə heyəti layihə ilə bağlı son detalları müzakirə etmək və müqaviləni imzalamaq üçün Bakıya gəlmişdi.

Xatırladaq ki, 2011-ci ildə layihənin ilk mərhələsi üçün də Dünya Bankı tərəfindən 50 mln. dollar kredit ayrılıb.

Son xəbərlər

Orphus sistemi