DTX-də “Qan ver, həyat bəxş et!” şüarı ilə qanvermə aksiyası keçirilib

DTX-də “Qan ver, həyat bəxş et!” şüarı ilə qanvermə aksiyası keçirilib Bakı. 1 mart. REPORT.AZ/ Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi ərəfəsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları “Qan ver, həyat bəxş et!” şüarı ilə DTX-nin Hərbi tibb idarəsində təşkil olunmuş qanvermə aksiyasında iştirak ediblər.
Sosial müdafiə
1 Mart , 2019 20:21
DTX-də “Qan ver, həyat bəxş et!” şüarı ilə qanvermə aksiyası keçirilib

Bakı. 1 mart. REPORT.AZ/ Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi ərəfəsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları “Qan ver, həyat bəxş et!” şüarı ilə DTX-nin Hərbi tibb idarəsində təşkil olunmuş qanvermə aksiyasında iştirak ediblər. 

Xidmətdən "Report"a verilən məlumata görə, aksiya B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının dəstəyi ilə birgə hazırlanmış qrafik üzrə həyata keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramına uyğun olaraq, əməkdaşların yüksək fəallığı şəraitində keçirilən aksiya hemofiliya və talassemiya kimi irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara kömək məqsədilə təşkil olunub. Belə nəcib tədbirlər ölkədə qan ehtiyatının daha da artırılmasına yönəlib.
Toplanılan qan Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankına təhvil verilib.

Son xəbərlər

Orphus sistemi