DSMF Sumqayıtda regional “Açıq qapı günü”-vətəndaş forumu keçirib

DSMF Sumqayıtda regional “Açıq qapı günü”-vətəndaş forumu keçirib Hazırda fondun mərkəzi məlumat bazasında 1 milyon 294 min 463 pensiyaçı, 3 milyon 152 mindən çox sığortaolunan barədə məlumatlar toplanıb
Sosial müdafiə
26 Noyabr , 2015 13:29
DSMF Sumqayıtda regional “Açıq qapı günü”-vətəndaş forumu keçirib

Bakı. 26 noyabr. REPORT.AZ/ Dövlət Sosial Müdafiə Fondu (DSMF) Sumqayıtda növbəti regional “Açıq qapı günü”-vətəndaş forumu keçirib. Bu barədə “Report”a fondun İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Məlumata görə, Sumqayıt və Şuşa şəhərlərindən, Abşeron, Xızı, Qubadlı, Zəngilan rayonlarından olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıların qatıldığı “Sosial sığorta müavinətlərinin ödənişinin avtomatlaşdırılması” mövzusuna həsr olunan tədbirdə iştirakçıların əsasən sosial sığorta müavinətlərinin ödənişinin avtomatlaşdırılmasına dair çoxsaylı sualları cavablandırılıb, bu məsələlərlə bağlı ətraflı müzakirələr aparılıb.

Diskussiya şəraitində keçirilən forumda DSMF-nin şöbə müdiri Famil Qədimov bildirib ki, fond çoxsaylı pensiyaçı və sosial sığortaolunanlar kontingentinə qabaqcıl beynəlxalq təcrübəyə uyğun avtomatlaşdırılan xidmət göstərilməsi ilə bağlı üzərinə düşən vəzifələri yüksək səviyyədə icra edir. F.Qədimov Azərbaycanın sığorta-pensiya sistemində təqdim olunan elektron xidmətlərin pensiyaçılar, sığortaedənlər və sığortaolunanlar üzrə olmaqla üç istiqamətdə aparıldığını vurğulayıb və qeyd edib ki, hazırda fondun mərkəzi məlumat bazasında 1 milyon 294 min 463 pensiyaçı, 3 milyon 152 mindən çox sığortaolunan barədə müvafiq məlumatlar toplanıb ki, bu da ölkə əhalisinin 45 faizini təşkil edir.

Forumda “Elektron hökumət” portalının statistikasına əsasən DSMF-nin göstərdiyi elektron xidmətlərin ən çox istifadə olunan xidmətlər sırasında yer aldığı diqqətə çatdırılıb. Bildirilib ki, fondun sosial sığorta haqları hesabına ödənilən müavinətlərlə bağlı sığortaedənlərə göstərdiyi elektron xidmətlər hər bir müavinət növü üzrə ayrıca təşkil olunub. Bu xidmətlər 5 növ müavinətlər üçün müraciətlərin elektron qaydada DSMF-yə təqdim olunmasını nəzərdə tutur. Bunlar əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, hamiləliyə və doğuma görə müavinət, uşağın anadan olmasına görə müavinət, uşağa qulluğa görə müavinət və dəfn üçün müavinətdir. Qeyd olunub ki, qüvvədə olan qanunvericiliyə əsasən, müavinətlərin təyin olunması işçinin işlədiyi sığortaedəndə fəaliyyət göstərən müvafiq komissiya tərəfindən yerinə yetirilir. Sonra zəruri sənədlər sığortaedən tərəfindən müraciətlə birgə elektron qaydada təqdim olunur. Həmin sənədlər əsasında müavinətin bilavasitə işçinin plastik kart hesabına dərhal ödənişi həyata keçirilir.

DSMF-nin əməkdaşı Elnur İbrahimovun fondun fəaliyyət istiqamətləri barədə çıxışından sonra diskussiyalarla davam etdirilən “Açıq qapı günü”-regional vətəndaş forumunda iştirakçıların mövzu ilə bağlı əlavə sualları cavablandırıblı, təklifləri müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi