Bakı. 16 oktyabr. REPORT.AZ/
Fondun sədri oktyabrın 22-də saat 11:00-da Yeni Azərbaycan Partiyası Şirvan şəhər şöbəsinin inzibati binasında Şirvan, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar və Cəlilabad rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.
Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin [email protected] elektron poçt ünvanı ilə əlaqə saxlaya bilərlər.
Qəbulda iştirak edəcək vətəndaşların oktyabrın 22-də fondun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.