Yuxarı

DSMF sədri Şəmkirdə vətəndaşları qəbul edəcək

Qəbul  Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində olacaq

Bakı. 2 iyul. REPORT.AZ/ Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev iyulun 8-də Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıları qəbul edəcək. Bu barədə "Report"a fondun İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin info@sspf.gov.az elektron poçt ünvanı ilə əlaqə saxlaya bilərlər.

Qəbulda iştirak edəcək vətəndaşların iyulun 8-də Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi