Yuxarı

​DSMF sədri gələn həftə Xaçmazda bölgə sakinləri ilə görüşəcək

Görüşdə Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarının sakinləri iştirak edə bilər

Bakı. 16 yanvar. REPORT.AZ/ Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev yanvarın 22-də Xaçmaz rayonunda bölgə sakinləri ilə görüşəcək.

"Report"un DSMF-yə istinadən verdiyi xəbərə görə, görüş saat 11:00-da DSMF-nin Xaçmaz rayon şöbəsinin inzibati binasında keçiriləcək. Fondun sədri Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıları qəbul edəcək.

Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin rəsmi saytında qeyd olunan elektron poçt ünvanı və telefon nömrələri vasitəsilə əlaqə saxlaya bilərlər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi