DSMF sədri: "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi üçün ayda 1 milyon manat vəsait tələb olunacaq"

DSMF sədri: "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi üçün ayda 1 milyon manat vəsait tələb olunacaq" "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilmə artımı avtomatlaşmış qaydada icra ediləcək"
Sosial müdafiə
27 Yanvar , 2015 15:45
DSMF sədri: Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi üçün ayda 1 milyon manat vəsait tələb olunacaq

Bakı. 27 yanvar. REPORT.AZ/ "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi üçün hər ay təqribən 1 milyon manat, il ərzində isə 12 milyon manat əlavə vəsait tələb olunacaq və bu vəsaitlər DSMF-nin büdcəsində öz əksini tapıb". "Report" xəbər verir ki, bunu DSMF sədri Elman Mehdiyev keçirdiyi brifinqdə bildirib.

Sədrin sözlərinə görə, Fond tərəfindən 2014-cü il üzrə istehlak qiymətləri indeksinə uyğun qaydada cari il yanvarın 1-nə olan bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdiriləcək.

Azərbaycanda 2006-cı il yanvarın 1-dən tətbiq edilən sığorta-pensiya sistemi əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsini nəzərdə tutur ki, bu da bazar iqtisadiyyatı mühitində vətəndaşların pensiya təminatı hüququnun etibarlı müdafiəsini ifadə edir: "Bununla da ölkəmizdə ilk dəfə olaraq istehlak qiymətləri indeksinin illik səviyyəsinə, yəni inflyasiyaya uyğun indeksləşdirmə aparılmağa başlanılıb. 2007-ci ildən başlayaraq Prezident tərəfindən əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı 9 sərəncam verilib. 2014-ci ildə Azərbaycan dövlətinin həyata keçirdiyi düşünülmüş iqtisadi siyasət nəticəsində inflyasiyanın aşağı səviyyədə saxlanılması təmin olunub, bununla belə istehlak qiymətlərinin 1,4 faizlik indeksi qeydə alınıb".

Son xəbərlər

Orphus sistemi