Bakı. 11 iyun. REPORT.AZ/ Bu ilin 5 ayı ərzində
Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 466,8 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,5 faiz və ya 36,8 milyon manat çoxdur. Eyni zamanda, bu ayın 5 ayı ərzində Fondun xərcləri 1213,4 milyon manat olub və bunun 1 192 milyon manatı pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilib.
Bundan başqa, iyun ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsi vaxtından əvvəl başa çatdırılıb. Fondun mərkəzi xəzinə hesabından pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin yerli orqanların hesablarına köçürülməsi Bakı və Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə iyunun 1-i, respublikanın digər rayon və şəhərləri üzrə isə bu gün tam yekunlaşıb.
Xatırladaq ki, hazırda Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 292 040 nəfər təşkil edir. Onların 60,6 faizini yaşa görə, 28,5 faizini əlilliyə görə, 10,9 faizini isə ailə başcısını itirməyə görə əmək pensiyası alanlar təşkil edir.