DSMF-nin elektron xidmətlərindən istifadə edənlərin sayı açıqlanıb

DSMF-nin elektron xidmətlərindən istifadə edənlərin sayı açıqlanıb “Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi” elektron xidmətindən ötən il 314 mindən çox istifadə sayı qeydə alınıb
Sosial müdafiə
5 Fevral , 2016 10:40
DSMF-nin elektron xidmətlərindən istifadə edənlərin sayı açıqlanıb

Bakı. 5 fevral. REPORT.AZ/ Dövlət Sosial Müdafiə Fondunun (DSMF) göstərdiyi "Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi" elektron xidmətindən ötən il ümumilikdə 314 079 dəfə istifadə olunub. 

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan "Report"a verilən xəbərə görə, sığortaedənlər öz hesabatlarını elektron qaydada təqdim ediblər.

Hazırda bütün ölkə üzrə iri və orta sahibkarlardan hesabatlar tam elektron qaydada qəbul edilir. Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay mülkiyyətçiləri, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər isə DSMF-nin yerli orqanlarında fəaliyyət göstərən "Yardım masaları"nın xidmətindən yararlanmaqla, öz hesabatlarını elektron formada təqdim edirlər. Bu xidmət sığortaedənlərlə fondun orqanları arasında münasibətlərin sadələşdirilməsinə imkan yaratmaqla, sığorta-pensiya sistemində şəffaflığın daha da artırılmasını təmin edir.

Qeyd edək ki, "Elektron hökumət" portalının statistikasına əsasən, DSMF-nin göstərdiyi elektron xidmətlər ən çox istifadə olunan xidmətlər sırasındadır. 2015-ci ildə fondun öz saytı, "Elektron hökumət" portalı və "Hökumət ödəniş portalı" vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 2,7 milyondan artıq istifadə sayı qeydə alınıb ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

Son xəbərlər

Orphus sistemi