Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəsmi internet saytı (
"Report" xəbər verir ki, saytda sosial təminata dair qanunvericilik, sosial təminat növləri (pensiya, müavinət, təqaüd və s.), onların təyin olunması qaydaları, DSMF-nin strukturu, fəaliyyət istiqamətləri, xidmət və layihələri, şəhid ailələri və müharibə iştirakçılarına sosial dəstək tədbirləri və s. ilə bağlı məlumatlarla tanış olmaq mümkündür.
Həmçinin, vətəndaşlar saytın “Müraciət” bölməsində Fondun rəhbər şəxslərinin qəbul günlərini öyrənə və onlayn qaydada onların qəbuluna yazıla, Fonda onlayn müraciət edə bilərlər. Bu bölmədə sosial təminat sahəsinə dair ən çox verilən suallar cavablandırılıb, 142 - Çağrı Mərkəzinin göstərdiyi xidmətlə bağlı məlumat da yer alıb.
Saytın “Media” bölməsində isə Fondun fəaliyyət istiqamətləri ilə bağlı gündəlik yenilənən məlumatlar, maarifləndirici videoçarxlar və s. təqdim edilir.