Azərbaycanda dövlət qulluqçularına xidmətdən kənar sualların verilməsi qadağan olunub

Azərbaycanda dövlət qulluqçularına xidmətdən kənar sualların verilməsi qadağan olunub Dövlət qulluqçusunun attestasiyasının keçirilməsi qaydaları icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir
Sosial müdafiə
30 Dekabr , 2014 13:31
Azərbaycanda dövlət qulluqçularına xidmətdən kənar sualların verilməsi qadağan olunub

Bakı. 30 dekabr. REPORT.AZ/ Azərbaycanda attestasiya zamanı dövlət qulluqçularına onların xidməti fəaliyyətinə bilavasitə aid olmayan sualların verilməsi qadağan olunacaq. “Report” xəbər verir ki, bununla bağlı məsələ “Dövlət qulluğu haqqında” qanuna Milli Məclis tərəfindən edilən dəyişikliklərdə yer alıb.

Qanunun 31.6-cı maddəsinə edilən dəyişikliyə görə, bundan sonra attestasiya zamanı dövlət qulluqçularına onların xidməti fəaliyyətinə bilavasitə aid olmayan suallar verilə bilməz.

Qanunun 31.5-ci maddəsinə də dəyişiklik ediləcək. Bu maddənin yenilənmiş variantına görə, attestasiyanın keçirilməsinin müddətləri, cədvəli və bu qanunun 31.6-cı maddəsində göstərilən sualların hazırlanmasında istifadə olunan hüquqi aktların və digər məlumat mənbələrinin siyahısı müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla müvafiq dövlət orqanı tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına ən geci 1 ay qalmış attestasiyadan keçən dövlət qulluqçularının nəzərinə çatdırılır.

“Dövlət qulluğu haqqında” qanunun 31.16-cı maddəsinə edilməsi nəzərdə tutulan dəyişikliklərə görə isə attestasiya vərəqələrinə attestasiyanın nəticələri (qiymət və tövsiyələr) ilə yanaşı, attestasiya zamanı verilən suallar və cavablar da yazılacaq.

Qanuna əlavə edilmiş 31.22-ci maddədə isə bildirilir ki, dövlət qulluqçusunun attestasiyasının keçirilməsi qaydaları icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Dəyişikliklər müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul olunub.

Son xəbərlər

Orphus sistemi