Dövlət qulluğu ilə bağlı sınaq testlərinin sayı artırılıb

Dövlət qulluğu ilə bağlı sınaq testlərinin sayı artırılıb Hazırda həm V, həm də VI-VII təsnifatlar üzrə variantların sayı artırılaraq hər biri üzrə altıya çatdırılıb
Sosial müdafiə
19 May , 2015 10:25
Dövlət qulluğu ilə bağlı sınaq testlərinin sayı artırılıb

Bakı. 19 may. REPORT.AZ/ Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın 2014-cü ildən göstərdiyi "Onlayn sınaq test imtahanları" elektron xidmətinin məzmunu ilə bağlı dəyişikliklər edib. Bu barədə "Report"a Komissiyanın mətbuat xidmətindən məlumat verilib.

Belə ki, əvvəllər sınaq test imtahanları V və VII təsnifatlar üzrə bir variantda həyata keçirilirdi. Hazırda həm V, həm də VI-VII təsnifatlar üzrə variantların sayı artırılaraq hər biri üzrə altıya çatdırılıb.

Onlayn sınaq test imtahanları dövlət orqanlarında inzibati vəzifələrin V-VII təsnifatlarına uyğun olan vakant vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq istəyən vətəndaşların test blokları üzrə biliklərinin yoxlanılması və onların test imtahanlarında təqdim olunan test tapşırığı nümunələri ilə tanışlığı məqsədi ilə həyata keçirilir.

Ödənişsiz olan və real vaxt rejimində interaktiv şəkildə həyata keçirilən bu elektron xidmətdən həm Komissiyanın rəsmi İnternet səhifəsinin elektron xidmətlər bölməsində (http://exidmet.csc.gov.az/TI), həm də "Elektron hökumət" portalında (https://www.e-gov.az/az/services/read/3223) qeydiyyatdan keçməklə istifadə etmək olar.

Son xəbərlər

Orphus sistemi