Dövlət Miqrasiya Xidmətinin rəisi İsveçrəyə gedib

Dövlət Miqrasiya Xidmətinin rəisi İsveçrəyə gedib Cenevrədə Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) Şurasının 107-ci sessiyası keçirilir
Sosial müdafiə
6 Dekabr , 2016 15:14
Dövlət Miqrasiya Xidmətinin rəisi İsveçrəyə gedib

Bakı 5 dekabr. REPORT.AZ/ Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) Şurasının 107-ci sessiyasında iştirak etmək məqsədilə İsveçrəyə gedib.

Dövlət Xidmətindən "Report"a verilən məlumata görə, Cenevrədə yerləşən Millətlər Sarayında keçirilən sessiyanın açılışında gündəliyə uyğun olaraq təşkilati məsələlərə baxılıb. Şura sədrinin, sədr müavinlərinin və məruzəçilərinin seçilməsindən sonra quruma üzvlüklə bağı müraciət edən Tonqa Krallığının namizədliyi səsə qoyulub və Krallıq yekdilliklə Təşkilatın 166-cı üzvü seçilib.

Sessiyada BMqT-nin baş direktoru Uilyam Leysi Svinq dünyada miqrasiya proseslərinin hazırkı vəziyyətini əks etdirən statistik rəqəmləri sessiya iştirakçılarının nəzərinə çatdırıb.

BMT Baş Assambleyasının prezidenti Peter Tomson bu ilin sentyabr ayında Nyu-York şəhərində BMT Baş Assambleyasının “Qaçqın və miqrantların böyük axınının aradan qaldırılması” mövzusunda yüksək səviyyəli görüşü çərçivəsində BMT ilə BMqT arasında əlaqələrə dair imzalanmış Sazişin əhəmiyyətinə toxunub. Bu əməkdaşlığın dünya dövlətlərinin miqrasiya məsələsinə verdiyi önəmin təzahürü oluduğunu bildirib.

Bundan əlavə, sessiya çərçivəsində qlobal miqrasiya proseslərinin müxtəlif aspekt­­­lərini əhatə edən “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üçün qlobal vəhdət”, “İqlim miqrasiyası və fəlakətlər nəticəsində sərhədlərarası köçürülmənin həlli üçün siyasi imkanlar” və “Humanitar maliyyələşmələrdə böyük ticarət” mövzularında yüksək səviyyəli panellərin keçirilməsi planlaşdırılır.

Sessiyanın işi dekabrın 8-də yekunlaşacaq.

Son xəbərlər

Orphus sistemi