Dövlət Miqrasiya Xidməti 74 əcnəbini inzibati məsuliyyətə cəlb edib

Dövlət Miqrasiya Xidməti 74 əcnəbini inzibati məsuliyyətə cəlb edib Bakı. 30 iyul. REPORT.AZ/ Dövlət Miqrasiya Xidməti tərəfindən iyulun 25-dən 28-nə kimi qa­nun­suz miqrasiyaya qarşı keçirilmiş təd­bir­lər za­ma­nı 22-si Gürcüstan, 13-ü Pa­kis­tan, 12-si Rusiya, 10-u Türkiyə, 6-sı Banqladeş, 6-sı İraq, 1-i Türkmənistan, 1-i Misir, 1-i İran, 1-i Hindistan və 1-i Moldova və­tən­da­şı ol­maq­la ümumi­likdə 74 əc­nə­bi sax­­­la­nıl­ıb.
Sosial müdafiə
30 İyul , 2018 12:13
Dövlət Miqrasiya Xidməti 74 əcnəbini inzibati məsuliyyətə cəlb edib

Bakı. 30 iyul. REPORT.AZ/ Dövlət Miqrasiya Xidməti tərəfindən iyulun 25-dən 28-nə kimi qa­nun­suz miqrasiyaya qarşı keçirilmiş təd­bir­lər za­ma­nı 22-si Gürcüstan, 13-ü Pa­kis­tan, 12-si Rusiya, 10-u Türkiyə, 6-sı Banqladeş, 6-sı İraq, 1-i Türkmənistan, 1-i Misir, 1-i İran, 1-i Hindistan və 1-i Moldova və­tən­da­şı ol­maq­la ümumi­likdə 74 əc­nə­bi sax­­­la­nıl­ıb.

Bu barədə "Report"a Xidmətin mətbuat xidmətindən məlumat verilib.

Saxlanılmış 5 nəfər Gürcüstan və 1 nəfər İran vətəndaşının qeydiyyat ünvanı üzrə yaşamadıqları, 3 nəfər Türkiyə vətəndaşının Azərbaycan Res­pub­li­ka­­sı­nın ərazisində gəlişinin bəyan edilmiş məqsədini pozduqları, digər 65 nəfərin isə ölkədə qanunsuz yaşadıqları müəyyən edilib.

Saxlanılmış əcnəbilərdən 57 nəfər barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin ölkəmizin hü­dud­la­rından kə­na­ra çıxarılması istiqa­mətində müvafiq tədbirlər görülür.

Dövlət Miqrasiya Xidməti tə­rə­fin­­dən qanunsuz miqrasiyaya qarşı mü­ba­­ri­zə çər­çi­və­­sində tədbirlər da­vam etdirilir.

Son xəbərlər

Orphus sistemi