Dövlət Məşğulluq Xidməti bu il 1130 nəfərə işsizlikdən sığorta ödənişi təyin edib

Dövlət Məşğulluq Xidməti bu il 1130 nəfərə işsizlikdən sığorta ödənişi təyin edib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti cari ilin ötən dövründə 1130 nəfərə işsizlikdən sığorta ödənişi təyin edib.
Sosial müdafiə
3 Avqust , 2019 11:05
Dövlət Məşğulluq Xidməti bu il 1130 nəfərə işsizlikdən sığorta ödənişi təyin edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti cari ilin ötən dövründə 1130 nəfərə işsizlikdən sığorta ödənişi təyin edib.

Nazirlikdən "Report"a bildirilib ki, müəssisənin ləğvi və ya işçilərin (yaxud ştatların) sayının ixtisar edilməsi nəticəsində işini itirmiş və aidiyyəti rayon (şəhər) Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyata alınmış şəxslərə qanunvericiliyə uyğun olaraq, işsizlikdən sığorta ödənişi verilir.

İşsizlikdən sığorta Dövlət Məşğulluq Xidmətinin rayon (şəhər) Məşğulluq Mərkəzlərində qeydiyyata alındıqdan sonra işsiz kimi qeydiyyata düşmək hüququ yaranan və azı 3 il sığorta stajı olan şəxslərə təyin edilir.

Sığorta ödənişi işsiz şəxsin sığorta stajından asılı olaraq onun orta aylıq əməkhaqqının məbləğinə faiz dərəcələri tətbiq olunmaqla hesablanır. 

Son xəbərlər

Orphus sistemi