Məşğulluq Agentliyinin sədri: "Şirkətlərin hamısı bizə doğru vakansiya siyahısı təqdim etmir"

Məşğulluq Agentliyinin sədri: "Şirkətlərin hamısı bizə doğru vakansiya siyahısı təqdim etmir" "Heç də ölkədə mövcud olan bütün şirkətlər bizə doğru vakansiya siyahısı təqdim etmir. Çünki hazırda data bazası yoxdur. Eyni zamanda şirkətlər dövlətə etibar etmirdi. Ancaq indi vəziyyət tam başqadır".
Sosial müdafiə
25 May , 2022 11:41
Məşğulluq Agentliyinin sədri: Şirkətlərin hamısı bizə doğru vakansiya siyahısı təqdim etmir
Mustafa Abbasbəyli

"Heç də ölkədə mövcud olan bütün şirkətlər bizə doğru vakansiya siyahısı təqdim etmir. Çünki hazırda data bazası yoxdur. Eyni zamanda şirkətlər dövlətə etibar etmirdi. Ancaq indi vəziyyət tam başqadır".

"Report" xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli deyib.

O qeyd edib ki, yeni yaradılan sistemlə artıq həm işçi axtaran, həm də iş axtaran görüşü təyin edilir: "Bununla da işaxtaran 95 % halda iş tapa biləcək. "Əmək və Məşğulluq" altsistemi vasitəsilə insan faktoru olmadan proses həyata keçiriləcək. İşəgötürənin düzgün kadra əlçatanlığı artacaq. Bu gün ölkə üzrə peşənin sayı müəyyən edilə biləcək. Hər kəsin bitirdiyi ixtisasla əmək bazarına daxili, yaxud da ixtisasına görə əmək haqqı ala bilməsi və digər məsələlər müəyyən ediləcək".

Son xəbərlər

Orphus sistemi