Dövlət Məşğulluq Agentliyinin sədri işsiz şəxslərə müraciət edib

Dövlət Məşğulluq Agentliyinin sədri işsiz şəxslərə müraciət edib “Bəzi hallarda vətəndaşlar fərdi məşğulluq proqramının müəyyən müddəalarını icra etmirlər. Bu da öz növbəsində qanunvericiliyə əsasən müəyyən hüquqi nəticələrə gətirib çıxarır. Onlardan biri də işsiz statusunun ləğvidir”.
Sosial müdafiə
15 Oktyabr , 2021 12:24
Dövlət Məşğulluq Agentliyinin sədri işsiz şəxslərə müraciət edib
0 : 00
0 : 00

“Bəzi hallarda vətəndaşlar fərdi məşğulluq proqramının müəyyən müddəalarını icra etmirlər. Bu da öz növbəsində qanunvericiliyə əsasən müəyyən hüquqi nəticələrə gətirib çıxarır. Onlardan biri də işsiz statusunun ləğvidir”.

“Report” xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli deyib.

O vətəndşaları narahat olmamağa çağırıb: “Çünki işsiz statusunun ləğvindən sonra vətəndaşlar yenidən müraciət edərək bu statusu ala bilərlər. Sadəcə məsələ müəyyən qaydalar çərçivəsində həll oluna bilər. Hansı səbəbdən ləğv məsələsinə gəlincə, bəzən işsiz statusunun verilməsi ləğv edilə bilər. Əksər hallarda ləğv etmədən sonra yenidən müraciət əsasənda məşğulluq alətlərindən istifadə imkanları yaranır”.

Son xəbərlər

Orphus sistemi