Dövlət Komitəsinin sədri: "Azərbaycanda qadın zorakılığında azalma müşahidə olunur"

Dövlət Komitəsinin sədri: "Azərbaycanda qadın zorakılığında azalma müşahidə olunur" "Bu istiqamətdə bir sıra layihələr həyata keçirir"
Sosial müdafiə
25 Noyabr , 2014 11:02
Dövlət Komitəsinin sədri: Azərbaycanda qadın zorakılığında azalma müşahidə olunur

Bakı. 25 noyabr. REPORT. AZ/ "Azərbaycanda qadın zorakılığında azalma müşahidə olunur. Zorakılığı aradan qaldırmaq üçün qadınların bilik və bacarıqlarının inkişafı üçün geniş imkanlar yaratmaq lazımdır". "Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicra Hüseynova Gender zorakılığına qarşı 16 günlük Fəallıq Kampaniyası çərçivəsində keçirilən "Qadınlara səlahiyyət, Cəmiyyətə tərəqqi" adlı konfransında deyib. 

O bildirib ki, kişi və qadın bərabərliyinin real forması yaradılmalıdır: "Bizim komitə Heydər Əliyev fondu və BMT-nin İnsan Azadlığı komitəsi ilə birgə bu istiqamətdə bir sıra layihələr həyata keçirir".

Konfransda Qadınlara qarşı ayrıseçkiliyin bütün formada aradan qaldırılması üzrə Komitənin (CEDAW) vitse prezidenti Pramila Patten çıxışında qeyd edib ki, qadınlar bütün dünyada - evdə, çöldə, iş yerlərində zorakılığa məruz qalır: "Bu ümumbəşəri problemdir. Dünyada qadınların 30 faizi cinsi və fiziki zorakılığa məruz qalır. Bir çoxları bəzi hallarda qətlə yetirilir. Dünyada 80 milyona yaxın qadın fahişəliyə cəlb edilib. Bu rəqəm bizi şok edir. Əfsuslar olsun ki, bir sıra ölkələrdə qadın zorakılığına qarşı qanunlar ya tam hazırlanmır, ya bu istiqamətdə əsaslı işlər görülmür, ya da qadın probleminə həssas yanaşılmır. 2010-cu ilin iyun ayında məişət zorakılığına qarşı Azərbaycanda qanun qəbul edildi. Lakin bununla kifayətlənmək olmaz bu qanunun icra mexanizmi olmalıdır və bu istiqamətdə işlər görülməlidir".

Son xəbərlər

Orphus sistemi