Dövlət Komitəsinin sədri Şəkidə məcburi köçkünləri qəbul edib

Dövlət Komitəsinin sədri Şəkidə məcburi köçkünləri qəbul edib Bakı. 31 avqust. REPORT.AZ/ Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Şəki şəhərində məcburi köçkünlər üçün salınmış Yeni Çələbixan qəsəbəsində vətəndaşları qəbul edib.
Sosial müdafiə
31 Avqust , 2018 19:38
Dövlət Komitəsinin sədri Şəkidə məcburi köçkünləri qəbul edib

Bakı. 31 avqust. REPORT.AZ/ Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Şəki şəhərində məcburi köçkünlər üçün salınmış Yeni Çələbixan qəsəbəsində vətəndaşları qəbul edib.

Komitədən "Report"a verilən məlumata görə, qəbulda Şəki, Qax, Zaqatala, Balakən, Oğuz və Qəbələdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin müraciətlərinə baxılıb.

Məcburi köçkünlərin müraciətləri, əsasən, mənzil-məişət, status, işəgötürmə, kommunal xidmətlər və digər sosial problemlərin həlli ilə əlaqədar olub. Komitə sədri onları fərdi qaydada dinləyib, müraciətlər qeydə alınıb.

Məlumat verilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərini hər zaman diqqət mərkəzində saxlayır və bu məsələni dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. Birinci vitse-prezident Mehriban Əliyeva ən qəzalı və ağır şəraitdə yaşayan məcburi köçkünlərlə işin sürətləndirilməsi ilə bağlı tapşırıq verib.

Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb. Dövlət Komitəsinin sədri digər müraciətlərin qısa müddətdə araşdırılacağını və müvafiq tədbirlərin görüləcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi