Dövlət Komitəsinin sədri məcburi köçkünlərin müraciətlərinin araşdırılmasını tapşırıb

Dövlət Komitəsinin sədri məcburi köçkünlərin müraciətlərinin araşdırılmasını tapşırıb Bakı. 12 iyun. REPORT.AZ/ Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Bakı şəhəri və ətraf qəsəbələrdə məskunlaşmış məcburi köçkünləri qəbul edib.
Sosial müdafiə
12 İyun , 2018 16:46
Dövlət Komitəsinin sədri məcburi köçkünlərin müraciətlərinin araşdırılmasını tapşırıb
Report
0 : 00
0 : 00

Bakı. 12 iyun. REPORT.AZ/ Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Bakı şəhəri və ətraf qəsəbələrdə məskunlaşmış məcburi köçkünləri qəbul edib. 

Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, qəbulda sədr müavinləri, şöbə və departament müdirləri, ərazisi işğal olunmuş rayonların icra hakimiyyəti başçılarının müavinləri iştirak ediblər.

Məcburi köçkünlərin müraciətləri, əsasən, mənzil problemi, kommunal xidmətlər, statusun verilməsi, işəgötürmə ilə bağlı olub. Vətəndaşlar ayrı-ayrılıqda dinlənilib, müraciətləri qeydə alınıb.

Dövlət Komitəsinin sədri müraciətlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün tapşırıq verib. 

Son xəbərlər

Orphus sistemi