Dövlət Komitəsinin sədri bölgələrdə uşaq sığınacaqlarının yaradılmasından danışıb

Dövlət Komitəsinin sədri bölgələrdə uşaq sığınacaqlarının yaradılmasından danışıb "Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bölgələrdə uşaq sığınacaqların yaradılması istiqamətində tədbirləri davam etdirir". 
Sosial müdafiə
10 May , 2023 11:24
Dövlət Komitəsinin sədri bölgələrdə uşaq sığınacaqlarının yaradılmasından danışıb

"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bölgələrdə uşaq sığınacaqların yaradılması istiqamətində tədbirləri davam etdirir".

"Report" xəbər verir ki, bunu Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, rəhbərlik etdiyi qurum səlahiyyətləri çərçivəsində tədbirlər görür: "Bu istiqamətdə təkcə Dövlət Komitəsi deyil, bütün aidiyyəti qurumlar əlaqələndirilmiş fəaliyyətlə məşğuldur. Uşaq hüquqlarının müdafiəsi, çətin şəraitdə olan uşaqların vəziyyətinin yaxşılaşdırılması istiqamətində fəaliyyət göstəririk. Biz də bu əlaqələndirməni daim diqqətdə saxlayır, dövlət orqanlarını və beynəlxalq qurumları məlumatlandırırıq. Dövlət Komitəsi BMT yanında 8 komitənin 2-də dövri hesabatlarla çıxış edir".

B.Muradova vurğulayıb ki, hazırda həm uşaq hüquqları, həm də ayrıseçkiliklə bağlı qarşıya qoyulmuş öhdəliklə əlaqədar tövsiyə və hesabat hazırlanır: "O öhdəliklərdən biri də sığınacaqların yaradılmasıdır. Bununla bağlı dövlət proqramları da var. Həmin proqramlar çərçivəsində bölgələrdə sığınacaqların yaradılması nəzərdə tutulur. İkisi azad edilmiş ərazilərdə olmaqla beş ailə mərkəzinin tikintisi ilə məşğuluq. Artıq layihə smeta sənədləri hazırdır. Biz tikintiyə başlamaq ərəfəsindəyik. Yaxın vaxtlarda 5 mərkəz istifadəyə veriləcək".

Son xəbərlər

Orphus sistemi