Dövlət Komitəsinin rəsmisi: Bəzən azyaşlı qızların nişanlanması barədə öz rəfiqələrindən məlumat daxil olur

Dövlət Komitəsinin rəsmisi: Bəzən azyaşlı qızların nişanlanması barədə öz rəfiqələrindən məlumat daxil olur Bəzən nişan mərasimi keçirilən azyaşlı qız uşaqlarından, onların rəfiqələrindən və digər şəxslərdən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məlumatlar daxil olur.
Sosial müdafiə
6 Dekabr , 2024 19:01
Dövlət Komitəsinin rəsmisi: Bəzən azyaşlı qızların nişanlanması barədə öz rəfiqələrindən məlumat daxil olur

Bəzən nişan mərasimi keçirilən azyaşlı qız uşaqlarından, onların rəfiqələrindən və digər şəxslərdən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məlumatlar daxil olur.

Bunu "Report"a müsahibəsində Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin Məişət zorakılığının qarşısının alınması sektorunun məsləhətçisi İradə Məmmədova deyib.

Onun sözlərinə görə, bir çox hallarda yetkinlik yaşına çatmayanlar barəsində keçirilən elçilik, nişan mərasiminin qarşısının alınması məsul dövlət orqanları üçün çətinliklər yaradır:

"Bəzən nişan mərasimi keçirilən qız uşaqlarından, onların rəfiqələrindən və digər şəxslərdən bizə məlumatlar daxil olur. Lakin bu cür sövdələşmələr faktiki olaraq ailə qurulması halı deyil. Hər bir halda, bu, uşaq hüquqlarının məhdudlaşdırılmasına, uşağın təhsildən yayınmasına, onun psixologiyasına ciddi fəsadlara səbəb olur".

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Son xəbərlər

Orphus sistemi