Yuxarı

Dövlət Komitəsi: Oğuzda itkin düşən oğlanın ölümünü nəzarətdə saxlayırıq

Dövlət Komitəsi: Oğuzda itkin düşən oğlanın ölümünü nəzarətdə saxlayır

"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Oğuz rayonunda itkin düşən 12 yaşlı uşağın vəfatından təəssüfləndiyini bildirir".

"Report" xəbər verir ki, bu barədə Dövlət Komitəsinin yaydığı məlumatda qeyd olunub. 

Bildirilib ki, hadisə ilə bağlı Oğuz Rayon İcra Hakimiyyəti yanında “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya” ilə əlaqə saxlanılıb: "Komissiyadan məsələ ilə bağlı istintaq getdiyi barədə məlumat verilib. Məsələ hazırda Dövlət Komitəsinin nəzarətindədir və səlahiyyətləri daxilində faktın araşdırılması istiqamətində iş aparılır. Bir daha valideynləri və cəmiyyəti uşaqlara qarşı diqqətli və məsuliyyətli olmağa çağırırıq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi