Dövlət Əmək Müfəttişliyi Xidmətinin işçilərinin sayı azaldılıb

Dövlət Əmək Müfəttişliyi Xidmətinin işçilərinin sayı azaldılıb Müvafiq sənəd imzalanıb
Sosial müdafiə
5 Sentyabr , 2017 17:55
Dövlət Əmək Müfəttişliyi Xidmətinin işçilərinin sayı azaldılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi / Report

Bakı. 5 sentyabr. REPORT.AZ/ Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

“Report” xəbər verir ki, sənədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin işçilərinin sayı azaldılıb.

Fərmana əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti aparatının işçilərinin say həddi 57-dən 55-ə, Xidmətin yerli bölmələrinin işçilərinin say həddi isə 308 ştat vahidindən 260-a endirilib.

Son xəbərlər

Orphus sistemi