Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin builki fəaliyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilib.
"Report" xəbər verir ki, Dövlət Xidməti bu il dünyanın ən nüfuzlu beynəlxalq müsabiqələrində 21 mükafata layiq görülüb.
Onlardan 8-i ABŞ-də, 12-si Böyük Britaniyada, 1-i isə Sinqapurda keçirilən beynəlxalq müsabiqələrdə əldə edilib.
Xidmət əmək münasibətləri və bu sahədə rəqəmsallaşma, korporativ sosial məsuliyyət, “DOST Müfəttiş” layihəsi, “yaşıl həllər”i dəstəkləyən fəaliyyət və təşəbbüslər, maarifləndirici videoçarxların hazırlanması və digər istiqamətlər üzrə fərqlənə bilib.
Qeyd edək ki, bu il Xidmət təkcə beynəlxalq deyil, eyni zamanda milli müsabiqədə də fərqlənib. Belə ki, Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının “HSE Awards 2024” müsabiqəsində Xidmət “İlin Sağlamlıq, Təhlükəsizlik və Ətraf Mühit İnnovatorları" nominasiyası üzrə qalib seçilib.