Dövlət başçısı: "Biz Azərbaycanda qara qızılı insan kapitalına istiqamətləndiririk"

Dövlət başçısı: "Biz Azərbaycanda qara qızılı insan kapitalına istiqamətləndiririk" Bakı. 28 noyabr. REPORT.AZ/ Biz Azərbaycanda qara qızılı insan kapitalına istiqamətləndiririk. 
Sosial müdafiə
28 Noyabr , 2017 20:45
Dövlət başçısı: Biz Azərbaycanda qara qızılı insan kapitalına istiqamətləndiririk

Bakı. 28 noyabr. REPORT.AZ/ "Biz Azərbaycanda qara qızılı insan kapitalına istiqamətləndiririk". 

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 28-də Tərtər rayon ictimaiyyətinin nümayəndələri və məcburi köçkünlərlə görüşündə bildirib.

Dövlət başçısı deyib ki, Dövlət Neft Fondunun fəaliyyətinin bir istiqaməti də ölkə üçün ən önəmli layihələrdə maliyyə mənbəyi kimi iştirak etməkdir: "Ölkəmiz üçün strateji əhəmiyyət daşıyan bir neçə layihənin maliyyə mənbəyi Dövlət Neft Fondudur. O cümlədən, ilk növbədə, köçkünlərin problemlərinin həlli üçün salınan qəsəbələrin mütləq əksəriyyəti Dövlət Neft Fondunun maliyyə mənbələri hesabına yaradılmışdır. Bu, onu göstərir ki, - mən həmişə bunu demişəm, - biz Azərbaycanda qara qızılı insan kapitalına istiqamətləndiririk. Neftdən əldə edilən gəlirlər həm ölkə iqtisadiyyatının inkişafına, infrastruktur layihələrinin icrasına, eyni zamanda, sosial məsələlərin həllinə yönəldilibdir və beləliklə, bu ağır problem tədricən öz həllini tapır".

Son xəbərlər

Orphus sistemi