Dövlət Agentliyinin sədri "Asan Xidmət"i uğurlu layihəyə çevirən amilləri açıqlayıb

Dövlət Agentliyinin sədri "Asan Xidmət"i uğurlu layihəyə çevirən amilləri açıqlayıb "Bu gün "Asan Xidmət" layihəsi Azərbaycan brendinə çevirilib".
Sosial müdafiə
3 İyun , 2023 11:56
Dövlət Agentliyinin sədri Asan Xidməti uğurlu layihəyə çevirən amilləri açıqlayıb

"Bu gün "Asan Xidmət" layihəsi Azərbaycan brendinə çevrilib".

"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Bakıda “ASAN xidmət”in təşkilatçılığı ilə keçirilən insan resursları və idarəetmə forumunda deyib.

"10 il əvvəl "Asan Xidmət" layihəsi reallaşanda əsas məqsədimiz sadə, şəffaf formada vətəndaş məmnuniyyətini təmin etmək idi. Bu gün "Asan Xidmət" uğur qazana bilibsə, vətəndaş və əməkdaş münasibətlərinin düzgün formada qurulması ilə bağlıdır. Əməkdaş daim özünü inkişaf etdirməyə təşviq edilirsə artıq bu zaman əməkdaş məmnuniyyəti yaranır. İşçinin məmnunluğu təmin etdikdən sonra isə onlar da çalışdığı təşkilata fayda vermiş olur. Bu cür bir sistem qurulduqda sahənin insanları bu işə can atırlar", - o vurğulayıb.

Ü.Mehdiyev hesab edir ki, "Asan Xidmət"də komanda işində nail olunubsa bu insan resursları işinin düzgün qurulması ilə birbaşa olaraq bağlıdır: "Yarandığı gündən burada bir təlim instututu formalaşıb. Bu təlimlər olmadan heç bir işçi bizdə fəaliyyətə başlaya bilməz. İşçilərin bacarıqlarının artırılması və inkişafı bizim prioritet məsələlərimizdən biridir. Bu isə birbaşa olaraq bizim təşkilatın inkişafı deməkdir".

Son xəbərlər

Orphus sistemi