DOST RİM-in direktor müavini: "Milyonlarla insanın fərdi şəxsi məlumatlarını qorumaq asan iş deyil"

DOST RİM-in direktor müavini: "Milyonlarla insanın fərdi şəxsi məlumatlarını qorumaq asan iş deyil" "Kiberhücumlardan, təhlükəsizlik insidentlərindən qorunmaq üçün iki yanaşmadan istifadə olunur: reaktiv və proaktiv. Reaktiv yanaşma hücumun baş verib aşkar olunduqdan sonrakı müdafiə tədbirlərini, proaktiv isə əvvəlcədən hücumun ehtimal olunan vektorları
Sosial müdafiə
30 İyun , 2022 17:27
DOST RİM-in direktor müavini: Milyonlarla insanın fərdi şəxsi məlumatlarını qorumaq asan iş deyil

"Kiberhücumlardan, təhlükəsizlik insidentlərindən qorunmaq üçün iki yanaşmadan istifadə olunur: reaktiv və proaktiv. Reaktiv yanaşma hücumun baş verib aşkar olunduqdan sonrakı müdafiə tədbirlərini, proaktiv isə əvvəlcədən hücumun ehtimal olunan vektorlarının qarşısının alınıb onun nəticələnmədən bitirilməsinə hesablanan müdafiə tədbirlərini nəzərdə tutur".

Bu sözləri "Report"a müsahibəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi”nin (DOST RİM) direktor müavini Fərid Zeynalov deyib.

O bildirib ki, istənilən bir təşkilat resurslarının imkan verdiyi səviyyədə proaktiv yanaşmadan daha çox istifadə etməlidir:

"ƏƏSMN-nin əhatəli xidmətlərini və sistemlərinin miqyasını nəzərə alaraq proaktiv yanaşmanın daha genişmiqyaslı tətbiqi üçün işlər aparırıq. Qurum data bazasında olan milyonlarla insanın fərdi şəxsi məlumatlarını qorumaq asan iş deyil. Mexanizmlər çevik və vaxtında tətbiq olunmalıdır. Həm yerli, həm beynəlxalq təcrübədə qurumlara olunan kiberhücumlarla tez-tez rastlaşırıq. Bu kimi problemlərdən qorunmaq və dayanıqlı müdafiənin təmin olunması üçün “çox qatlı” (layered security) yanaşmasından istifadə olunmalıdır. Bu yanaşma tətbiq olunan mümkün müdafiə vasitələrindən birinin yarılması zamanı ondan sonrakı qatın hücumun qarşısını ala biləcək şəkildə sazlanmasını tələb edir. Məsələn, birinci mərhələdə təhlükəsizlik divarı hücumdan müdafiəni təmin edə bilməyibsə, artıq antivirus proqramı onun qarşısını almalıdır və s".

"Report"un Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi”nin (DOST RİM) direktor müavini Fərid Zeynalovla müsahibəsini daha ətraflı buradan oxuya bilərsiniz.

Son xəbərlər

Orphus sistemi