“DOST” mərkəzləri işəgötürən və işçilərə metodiki kömək göstərəcək

“DOST” mərkəzləri işəgötürən və işçilərə metodiki kömək göstərəcək Əməyin mühafizəsi üzrə təlimlərin təşkil edilməsi bu  mərkəzlərdə göstəriləcək xidmətlərdən biri olacaq
Sosial müdafiə
1834
22 Oktyabr , 2018 12:09
“DOST” mərkəzləri işəgötürən və işçilərə metodiki kömək göstərəcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi / Report
0 : 00
0 : 00

Bakı. 22 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2018-ci il tarixli sərəncamına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılacaq “DOST” (Dayanıqlı və Operativ Sosial Təminat) mərkəzlərində işəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki kömək də göstəriləcək. 

Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Bununla yanaşı, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən qurum olan nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə, əmək müqaviləsi bildirişləri barədə işçilərə məlumatın verilməsi “DOST” mərkəzlərinin xidmətləri sırasına daxildir. Mərkəzlərdə yeni və yenidən qurulmuş müəsisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportların təqdim olunması da həyata keçiriləcək.

Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi, əməyin mühafizəsi normaları və qaydaları üzrə təlimlərin təşkil edilməsi “DOST” mərkəzlərində göstəriləcək xidmətlərdən olacaq.

Xatırladaq ki, “DOST” mərkəzlərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 124 xidmət təqdim olunacaq. 

Son xəbərlər

Orphus sistemi