DOST Agentliyi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

DOST Agentliyi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi "Lloyd's Register" sertifikatlaşdırma təşkilatının 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb.
Sosial müdafiə
18 Mart , 2022 11:52
DOST Agentliyi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb
Fərid Məmmədov

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi "Lloyd's Register" sertifikatlaşdırma təşkilatının 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb.

"Report"un məlumatına görə, Agentlik ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemi, ISO 10002-2018 Müştəri məmnunluğunun təmin edilməsi və Şikayətlərin idarəedilməsi, iSO 26000 Sosial məsuliyyət və ISO 37001:2016 Rüşvət əleyhinə İdarəetmə sistemi üzrə bütün mərhələləri uğurla keçib.

DOST Agentliyinin İdara Heyətinin sədri Fərid Məmmədov vurğulayıb ki, ISO standartlarının tətbiqi DOST Agentliyi və "DOST" mərkəzlərinin işini daha da yaxşılaşdırmağa, xidmət keyfiyyətini yüksəltməyə imkan verəcək.

Tədbirdə çıxış edən Böyük Britaniyanın LRQA (Lloyd's Register) təşkilatının regional meneceri, Türkiyə və Şərqi Avropa təmsilçisi Burak Can qeyd edilən 4 istiqamət üzrə aparılan audit zamanı agentliyin fəaliyyətində hər hansı bir uyğunsuzluq aşkarlanmadığını və bu səbəbdən beynəlxalq sertifikatlara layiq görüldüyünü qeyd edib.

Bildirilib ki, proseslərə hazırlıq və standartların tətbiq edilməsinə Agentliyin bütün işçi heyəti cəlb edilib. Bununla bağlı 49 nəfərdən ibarat işçi qrup yaradılıb və standartlar Agentlikdə İnteqrəedilmiş Menecment Sistemi (IMS) olaraq tətbiq edilməyə başlanıb. IMS-in tətbiqi zamanı ilkin olaraq Agentliyin mövcud vəziyyəti qiymətləndirilib, güclü və zəif tərəfləri təhlil edilib. Daha sonra Agentliyin bütün prosesləri IMS-in tələblərinə uyğunlaşdırılıb.

Beynəlxalq standartların tətbiqi başa çatdıqdan sonra bu standartlara uyğunluğun qiymətləndirilməsi "Lloyd's Register tərəfindən həyata keçirilib.

Tədbirin sonunda agentlik sədri Fərid Məmmədova beynəlxalq sertifikatlar təqdim edilib. Sertifikatlar dünyanın ən tanınmış UKAS akkreditasiyasının möhürü ilə təsdiq olunub.

Qeyd edək ki, 260 illik tarixi olan "Lloyd's Register" 120-dən çox ölkədə fəaliyyət göstərən, dünyanın 30-dan çox akkreditasiya qurumu tərəfindən tanınan və demək olar ki, hər bir sektoru əhatə eden sertifikatlaşdırma təşkilatıdır.

Son xəbərlər

Orphus sistemi