Yuxarı

DİN valideynlərini itirmiş 103 nəfərə şəxsiyyət vəsiqəsi təqdim edib

Abşeronda səyyar xidmət keçirilib

Bakı. 6 fevral. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) rəhbərliyinin tapşırığına əsasən, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkəmizin bütün bölgələrində şəxsiyyət vəsiqələrinin verilməsi, etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər keçirilir. İşin səmərəliyinin daha da artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyan növbəti belə tədbir Abşeron rayonunda baş tutub. Bu barədə “Report”a DİN-in mətbuat xidmətindən bildirilib.

Masazır qəsəbəsində yerləşən, hər iki valideyn himayəsindən mərhum olunmuş şəxslərin yaşadıqları Məzun Evində keçirilmiş səyyar xidmət zamanı ümumilikdə 103 nəfərə yeni şəxsiyyət vəsiqələri təqdim olunub.

Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi prosesi davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi