Yuxarı
    Bağlamaq

    DİN 657 nəfərə şəxsiyyət vəsiqələri verib

    Nazirlik səyyar xidmətlərini davam etdirir

    Bakı. 20 iyun. REPORT.AZ/ Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığı, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkənin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitən sənədlərin yeniləri ilə dəyişdirilməsi sahəsində vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə səyyar xidmətlərin keçirilməsi davam etdirilir.

    Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Report”a verilən məlumata görə, növbəti belə tədbirlər Şamaxı, İsmayıllı, Qazax, Zərdab, Samux, Xızı, Abşeron, Sumqayıt şəhər və rayonlarında baş tutub.

    Səyyar xidmətlər zamanı adları çəkilən şəhər və rayonlarda ümumilkdə 1830 vətəndaşın müvafiq sənədləri qəbul edilib, 657 nəfərə isə şəxsiyyət vəsiqələrinin verilməsi təmin edilib.

    Belə tədbirlər ölkənin digər bölgələrində də davam etdirilir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi