DİN-in səyyar xidməti 10 rayonda vətəndaşlara xidmət göstərib

DİN-in səyyar xidməti 10 rayonda vətəndaşlara xidmət göstərib 1800 nəfərə yaxın vətəndaş şəxsiyyət vəsiqəsi ilə təmin edilib
Sosial müdafiə
16 Aprel , 2016 11:01
DİN-in səyyar xidməti 10 rayonda vətəndaşlara xidmət göstərib

Bakı. 16 aprel. REPORT.AZ/ Azərbaycanın Quba, Qusar, Şamaxı, Masallı, Cəlilabad, Tovuz, Şəmkir, Ağsu, Zərdab və Samux rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitən sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər keçirilib.

Daxili işlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səyyar xidmətlər zamanı Quba rayonunda 848, Qusar rayonunda 281, Masallı rayonunda 340, Cəlilabad rayonunda 252, Tovuz rayonunda 478, Ağsu rayonunda 47, ümumilkdə, 2250-yə yaxın şəxsin müvafiq sənədləri qəbul edilib. Şəmkir rayonunda 1331, Şamaxı rayonunda 30, Zərdab rayonunda 68, Samux rayonunda isə 352 , ümumilikdə, 1800 nəfərə yaxın vətəndaş şəxsiyyət vəsiqəsi ilə təmin edilib.

Son xəbərlər

Orphus sistemi