​DİN əməkdaşları iki qəsəbədə səyyar xidmət keçirib

​DİN əməkdaşları iki qəsəbədə səyyar xidmət keçirib Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi proses davam etdirilir
Sosial müdafiə
118
20 Fevral , 2015 17:46
​DİN əməkdaşları iki qəsəbədə səyyar xidmət keçirib

Bakı. 20 fevral. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü və Qaradağ Rayon Polis İdarəsinin (RPİ) müvafiq şöbə əməkdaşlarının iştirakı ilə rayonun Ələt və Qızıldaş qəsəbələrində vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı səyyar xidmət keçirilib.

Bu barədə “Report”a DİN-in mətbuat xidmətindən bildirilib.

Tədbir zamanı etibarlılıq müddəti bitmiş şəxsiyyət vəsiqələrindən istifadə edən 139, şəxsiyyət vəsiqəsi olmayan 4 nəfərin, habelə, qoca, əlil və xəstə olan 7 vətəndaşın müvafiq sənədləri yaşadıqları ünvanlarda qəbul edilib.

Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi proses davam etdirilir.

Son xəbərlər

Orphus sistemi