Yuxarı

DİN əməkdaşları daha bir neçə rayonda əhaliyə səyyar xidmət göstərib

Belə tədbirlər respublikanın digər bölgələrində də davam etdirilir

Bakı. 18 mart. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) rəhbərliyinin tapşırığı, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkənin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər davam etdirilir.

DİN-in mətbuat xidmətindən “Report”a verilən məlumata görə, şəxsiyyət vəsiqələrinin verilməsi işinin daha da sürətləndirilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyan növbəti tədbirlər respublikanın Ağcabədi və Tovuz, həmçinin paytaxtın Qaradağ, Xəzər, Abşeron və Suraxanı rayonlarında baş tutub.

Səyyar xidmətlər zamanı Ağcabədi rayonunda 1121, Tovuz rayonunda 360, Qaradağ rayonunda 481, Xəzər rayonunda 697, Abşeron rayonunda 480, Suraxanı rayonunda 206, ümumilkdə, 3400-ə yaxın şəxsin müvafiq sənədləri qəbul edilib.

Belə tədbirlər respublikanın digər bölgələrində də davam etdirilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi