Yuxarı

DİN daha 4 000 vətəndaşa şəxsiyyət vəsiqəsi verib

Belə tədbirlər respublikanın digər bölgələrində də davam etdirilir

Bakı. 23 aprel. REPORT.AZ/ Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığı ilə ölkənin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər davam etdirilir. 

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu işin daha da sürətləndirilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyan növbəti belə tədbirlər paytaxtın Xəzər, həmçinin respublikanın Abşeron, Bərdə, Gəncə, Qazax, Şəmkir, Qəbələ, Qusar, Şamaxı şəhər və rayonlarında baş tutub.

Səyyar xidmətlər zamanı adları çəkilən şəhər və rayonlarda ümumilkdə 4 000 nəfərə şəxsiyyət vəsiqələrinin verilməsi təmin edilib. Belə tədbirlər respublikanın digər bölgələrində də davam etdirilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi