DİN Bakının iki rayonunda səyyar xidmət göstərib

DİN Bakının iki rayonunda səyyar xidmət göstərib 254 nəfərə yeni şəxsiyyət vəsiqələri verilib
Sosial müdafiə
3 Mart , 2016 13:01
DİN Bakının iki rayonunda səyyar xidmət göstərib

Bakı. 3 mart. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) rəhbərliyinin tapşırığına əsasən, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkənin şəhər və rayonlarında keçirilən səyyar xidmətlər davam etdirilir.

Bu barədə "Report"a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, növbəti belə tədbirlər Xəzər və Binəqədi Rayon Polis idarələrinin müvafiq qurumlarının əməkdaşlarının da iştirakı ilə həmin rayonlarda baş tutub.

Paytaxtın Xəzər rayonununun Mərdəkan qəsəbəsində yerləşən 5 saylı Şuşa şəhər orta məktəbində keçirilmiş səyyar xidmət zamanı 61 şagirdə, Qaradağın Qızıldaş qəsəbəsində isə ümumilikdə 254 nəfərə yeni şəxsiyyət vəsiqələrinin verilməsi təmin olunub.

Son xəbərlər

Orphus sistemi