Deputat: "Dövlət büdcəsindən ipoteka kreditləri üçün daha artıq vəsait ayrılmalıdır"

Deputat: "Dövlət büdcəsindən ipoteka kreditləri üçün daha artıq vəsait ayrılmalıdır" "Elə olmalıdır ki, 100 kvadmert üçün ayda 160 manat pul ödəməklə 25 illik müddətə 50 minlik ev ala bilsin"
Sosial müdafiə
18 Noyabr , 2014 17:24
Deputat: Dövlət büdcəsindən ipoteka kreditləri üçün daha artıq vəsait ayrılmalıdır

Bakı. 18 noyabr. REPORT.AZ/ “Gələn ilin dövlət büdcəsində ipoteka kreditləri üçün 50 milyon manat vəsait ayrılıb. Halbuki bu sahə ən çox müzakirə olunan məsələdir və büdcədən daha artıq vəsait ayrılmalıdır”. “Report”un xəbərinə görə, bunu Milli Məclisdəki büdcə müzakirələri zamanı deputat İqbal Ağazadə deyib.

Deputatın sözlərinə görə, ayrılan vəsaitlər yüksək maaşı olan təbəqəyə şamil olunur: “Əhalinin böyük bir hissəsinin isə ya mənzil şəraiti pisdir, ya da, ümumiyyətlə, evi yoxudr. Onlar da təbii ki, faiz göstəriciləri və şərtlər nə qədər yüngül olsa da, ipoteka şərtlərindən yararlana bilmirlər. Çünki ipotekanın özünü ən aşağı faizlə ödəmək üçün 700-800 manatlıq iş yeri göstərməlidir. Etiraf edək ki, bu gün paytaxtda 50 minə ev tapmaq müşkül məsələdir. Birotaqlı mənzillərin qiyməti də az-çox hər kəsə bəllidir. Hər dəfə iclaslarda təklif edirəm ki, gənclər üçün şəhərcik tikilərək onun faizsiz satılması təmin edilməlidir. Elə olmalıdır ki, 100 kvadmert üçün ayda 160 manat pul ödəməklə 25 illik müddətə 50 minlik ev ala bilsin. Dövlət bunu gələcək illərin dövlət büdcəsində nəzərdən keçirsin”.

Son xəbərlər

Orphus sistemi