Yuxarı

Dekabrın 31-də Bakı Metropoliteninin iş qrafiki fərqli olacaq

Dekabrın 31-də Bakı Metropoliteninin iş qrafiki fərqli olacaq
Nəsimi Paşayev: Sərnişinlərimizdən xahiş edirik ki, metronun 28 May və ya İçərişəhər stansiyasından istifadə etsinlər

Bakı. 29 dekabr. REPORT.AZ/ Dekabrın 31-də "Bakı Metropoliteni" QSC-nin iş qrafiki fərqli olacaq.

Bu barədə “Report”a açıqlamasında metropolitenin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.

O bildirib ki, dekabrın 31-də metro sərnişinlərə bir saat çox xidmət göstərəcək: "Çünki Dənizkənarı Milli Parkda gecə saat 00:00-da atəşfəşanlıq olacaq. Atəşfəşanlığa baxmağa gələn sərnişinləri mənzil başına çatdırmaq üçün metronun iş qrafiki 01:00-dək artırılıb".

N.Paşayev qeyd edib ki, ötən illərdə sərnişinlər Dənizkənarı Milli Parka daha yaxın olması səbəbindən "Sahil" stansiyasından çox istifadə edirdilər: "Bu il isə "Sahil" stansiyası təmirə bağlandığı üçün, sərnişnlərimizdən xahiş edirik ki, metronun "28 May" və ya "İçərişəhər" stansiyasından istifadə etsinlər".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi