​Daxili işlər naziri Göyçayda vətəndaşları qəbul edəcək

​Daxili işlər naziri Göyçayda vətəndaşları qəbul edəcək Qəbula gələnlər şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər
Sosial müdafiə
1 May , 2015 19:55
​Daxili işlər naziri Göyçayda vətəndaşları qəbul edəcək

Bakı. 1 may. REPORT.AZ/ Daxili işlər naziri general-polkovnik Ramil Usubov mayın 25-də saat 10:00-da Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Goranboy, Naftalan, Xocalı şəhər və rayonlarının sakinlərini Göyçay Rayon Polis Şöbəsində qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbul başa çatdıqdan sonra daxili işlər orqanlarının sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək istəyən şəxslərin sıra baxışı keçiriləcək. Sıra baxışında, yalnız qeyd edilən şəhər və rayonların müddətli həqiqi hərbi xidmət keçmiş (qadınlar istisna olmaqla), əvvəllər məhkum olunmamış, tam orta təhsilli, boyu 175 santimetrdən aşağı olmayan, atletik cüssəli, 20 yaşından 30 yaşınadək Azərbaycan Respublikasının kişi, həmçinin boyu 170 santimetrdən aşağı olmayan qadın vətəndaşları iştirak edə bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.

Müsabiqəyə yuxarıda göstərilən şəhər, rayon polis şöbələrinin post-patrul nizami hissələri üzrə 30 vəzifə elan edilir. Həmin vəzifələrdə əmək funksiyalarının yüksək fiziki və psixoloji gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağı baxımından kişi vətəndaşlara üstünlük veriləcəyinin nəzərə alınması xahiş olunur.

Son xəbərlər

Orphus sistemi