Daun sindromlu və serebral iflicli uşaqlar birgə fləşmob keçirib - VİDEO

Daun sindromlu və serebral iflicli uşaqlar birgə fləşmob keçirib - VİDEO Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı Gənclər Birliyi və “Qayğı – Sağlam Nəsil Naminə” İctimai Birliyi Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş fləşmob keçirib.
Sosial müdafiə
9 Noyabr , 2019 12:33
Daun sindromlu və serebral iflicli uşaqlar birgə fləşmob keçirib - VİDEO

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı Gənclər Birliyi və “Qayğı – Sağlam Nəsil Naminə” İctimai Birliyi Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş fləşmob keçirib.

İctimai birlikdən "Report"a verilən məlumata görə, “Gənclik Mall” Ticarət Mərkəzində keçirilən fləşmobda Daun sindromlu və serebral iflicli uşaqlar çıxış ediblər. Ticarət Mərkəzində izdihamın hissəsində Daun sindromlu və serebral iflicli milli geyimli uşaqlar qəfildən “Azərbaycan” mahnısının sədaları altında əllərində bayraqlar rəqs etməyə başlayıblar. Fləşmob ətrafdakı insanların böyük marağına səbəb olub.

Fləşmobun keçirilməsində məqsəd milli atributlarımıza sevginin, milli özünüdərkin azyaşlılara aşılanmasının əhəmiyyətini Daun sindromlu və serebral iflicli uşaqlar vasitəsilə insanlara çatdırmaqdır. YAP Nizami rayon təşkilatı Gənclər Birliyi və “Qayğı – Sağlam Nəsil Naminə” İctimai Birliyi hər il əlamətdar tarixləri Daun sindromlu şəxslər və serebral iflicli uşaqlarla birlikdə qeyd edir. İctimai birliyin əsas məqsədlərindən biri bu qəbildən olan uşaqların da cəmiyyətin ayrılmaz bir parçasını təşkil etdiklərini və böyük potensiala malik olduqlarını göstərməkdir.

Qeyd edək ki, 2013-cü ildə yaradılan “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin nəzdində iki mərkəz fəaliyyət göstərir. Bunlar Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi və “Qayğı” Uşaq Reabilitasiya Mərkəzidir. Hər iki mərkəz Heydər Əliyev Fondunun, birbaşa olaraq Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsü ilə təsis edilib.

Son xəbərlər

Orphus sistemi