Daun sindromlu uşaqlar üçün bayram şənliyi təşkil edilib

Daun sindromlu uşaqlar üçün bayram şənliyi təşkil edilib Dekabr ayının 27-də Qayğı-Sağlam Nəsil Naminə İctimai Birliyi və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı birgə Yeni il və 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir keçirilib.
Sosial müdafiə
29 Dekabr , 2021 15:36
Daun sindromlu uşaqlar üçün bayram şənliyi təşkil edilib

Dekabr ayının 27-də Qayğı-Sağlam Nəsil Naminə İctimai Birliyi və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı birgə Yeni il və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Qayğı-Sağlam Nəsil Naminə İctimai birliyinin sədri Sevinc Abdullayeva, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev, DOST Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin direktoru Şahin Əliyev, Azərbaycan Dillər Universitetinin tərcümə fakültəsinin dekanı Bənövşə Məmmədova, Azərbaycan Dillər Universitetinin pedaqogika kafedrasının müdiri Nigar Zeynalova və başqaları iştirak edib.

Tədbirdə Qayğı-Sağlam Nəsil Naminə İctimai birliyinin nəzdindəki Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin və Qayğı Reabilitasiya Mərkəzinin uşaqlarının çıxışlarına və rəqslərinə yer verilib.

Tədbirdə 44 günlük mübaribədə iştirak etmiş qazilər də iştirak ediblər. Şərəf ordenli polkovnik leytenant Vüqar Bünyatzadə, həmçinin qazilər - Səid Məmmədov, Teymur Kərimli, Aydın Zöhrabov, Emin Eminov, Ervin Cavadov, Denis Quzlayev, Turan Məmmədov, Məmməd Məmmədzadə təltif edildilər.

Eyni zamanda Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin balacalarından birinin qardaşı şəhid Ümman Əmiraslanovun xatirəsi yad edildi və onun anası Fərizə xanım təltif edildi.

Sonda şaxta baba və qar qız uşaqlara hədiyyələr təqdim edəcəklər.

Nəzərinizə çatdırırıq ki, tədbir «Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi»nin konfrans zalında keçirilib.

Qeyd edək ki, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi Heydər Əliyev Fondunun, birbaşa Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılıb. 2013-cü il oktyabr ayının 7-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın, Fondun vitse-prezidenti Leyla Əliyevanın və Arzu Əliyevanın iştirakı ilə Mərkəzin açılışı olub. Əsas və köməkçi binalarla birlikdə tikintinin ümumi sahəsi 7300 kvadratmetr təşkil edir.

Son xəbərlər

Orphus sistemi