Daşkəsəndə şəhid və aztəminatlı ailələrin övladları ilə görüş olub

Daşkəsəndə şəhid və aztəminatlı ailələrin övladları ilə görüş olub Yeni dərs ili ərəfəsində polis əməkdaşları tərəfindən şəhid və aztəminatlı ailələrin övladları ilə görüşlər davam etdirilir.
Sosial müdafiə
7 Sentyabr , 2022 23:03
Daşkəsəndə şəhid və aztəminatlı ailələrin övladları ilə görüş olub

Yeni dərs ili ərəfəsində polis əməkdaşları tərəfindən şəhid və aztəminatlı ailələrin övladları ilə görüşlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan "Report"a verilən məlumata görə, belə görüşlərdən biri də Daşkəsən Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə orta məktəblərdə təşkil olunub.

Görüşdə polis əməkdaşları qarşıdan gələn “Bilik günü” münasibətilə balacaları təbrik edib, onların Vətənə layiq, sədaqətli övlad kimi böyümələrini arzu ediblər.

Tədbirdə şagirdlərə məktəbli çantası və dərs ləvazimatları hədiyyə olunub.

Valideynlər göstərilən qayğıya görə polis əməkdaşlarına minnətdarlıqlarını bildiriblər.

Son xəbərlər

Orphus sistemi