Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayı artıb

Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayı artıb Ötən il Azərbaycana daimi yaşamaq üçün 2,7 min nəfər gəlib
Sosial müdafiə
11 Oktyabr , 2016 15:32
Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayı artıb

Bakı. 11 oktyabr. REPORT.AZ/ Azərbaycana ötən il daimi yaşamaq üçün 2,7 min nəfər gəlib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu rəqəm 2014-cü illə müqayisədə daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayının artdığını göstərir.

Belə ki, 2014-cü ildə Azərbaycana daimi yaşamaq üçün 1,9 min nəfər gəlib.

Azərbaycandan başqa ölkələrə daimi yaşamaq üçün isə 2015-ci ildə 1,6 min nəfər gedib. 

Son xəbərlər

Orphus sistemi