Daha bir neçə ailə Zəngilanın Ağalı kəndinə yola düşüb - YENİLƏNİB 

Daha bir neçə ailə Zəngilanın Ağalı kəndinə yola düşüb - YENİLƏNİB  Bu gündən Zəngilan rayonunun Ağalı kəndinə daha bir neçə ailənin köçürülməsinə başlanılır.
Sosial müdafiə
28 Fevral , 2023 08:15
Daha bir neçə ailə Zəngilanın Ağalı kəndinə yola düşüb - YENİLƏNİB 

Bu gündən Zəngilan rayonunun Ağalı kəndinə daha bir neçə ailənin köçürülməsinə başlanılıb.

"Report" xəbər verir ki, rayonun “Ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə "Böyük Qayıdış"a uyğun olaraq 50 nəfərdən ibarət 10 ailə yola salınıb.

Ümumilikdə, bu günə kimi “Böyük Qayıdış” layihəsi çərçivəsində Zəngilan rayonu Ağalı kəndinə 86 ailə, 420 nəfər köçürülüb. Köçürülən keçmiş məcburi köçkünlərin böyük qismi daha ağır şəraitdə yaşayanlardır. Müvafiq qurumlar tərəfindən sakinlər peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediləcəklər.  Onlar müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və s. çalışacaqlar.
Köçürülmüş əhali üçün bütün infrastruktur şəraiti - dövlət xidmətləri mərkəzi məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və s. mövcuddur. 

Köç prosesinin növbəti aylarda da davam edəcəyi planlaşdırılır.

07:16

Bu gündən Zəngilan rayonunun Ağalı kəndinə daha bir neçə ailənin köçürülməsinə başlanılır.

"Report" xəbər verir ki, rayonun “Ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə Böyük Qayıdışa uyğun olaraq 20 ailə, 94 nəfər üçüncü köç karvanı ilə yola salınacaq.

Qeyd edək ki, 50 nəfərlik 10 ailə bu gün, 44 nəfərlik 10 ailə isə martın 3-də köçürüləcək.

Ümumilikdə, bu günə kimi “Böyük Qayıdış” layihəsi çərçivəsində Ağalı kəndinə 86 ailə, 420 nəfər köçürülüb. Köçürülən keçmiş məcburi köçkünlərin böyük qismi daha ağır şəraitdə yaşayanlar idi. Sakinlər müvafiq qurumlar tərəfindən peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediləcəklər. Onlar müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və s. çalışacaqlar.

Köçürüləcək əhali üçün bütün infrastruktur şəraiti - dövlət xidmətləri mərkəzi məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və s. mövcuddur.

Qeyd edək ki, köç prosesi növbəti aylarda da davam edəcək.

Foto: Firudin Səlimov

Son xəbərlər

Orphus sistemi