Daha 42 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə fərdi evlər verilib

Daha 42 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə fərdi evlər verilib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 13 rayonda (o cümlədən Saatlı, Salyan, İsmayıllı, Xaçmaz, Bərdə, Beyləqan, Ağcabədi, Zaqatala, Yevlax, Şəmkir, Göygöl, Ağsu, Şamaxı) 42 fərdi yaşayış evi şəhid ailələrinə və Qarabağ müharibəsi əl
Sosial müdafiə
15 Dekabr , 2020 15:18
Daha 42 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə fərdi evlər verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 13 rayonda (o cümlədən Saatlı, Salyan, İsmayıllı, Xaçmaz, Bərdə, Beyləqan, Ağcabədi, Zaqatala, Yevlax, Şəmkir, Göygöl, Ağsu, Şamaxı) 42 fərdi yaşayış evi şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.

Nazirlikdən "Report"a verilən məlumata görə, Saatlı rayonunda evlərin təqdim edilməsi tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov, rayonun İcra Hakimiyyəti başçısının müavini Gündüz Səmədli iştirak ediblər.

Şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi əlilləri torpaqlarımızın erməni faşizminin işğalından azad edilməsinə, həmin torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanmasına görə fərəh içində olduqlarını qeyd ediblər. Onlar bu möhtəşəm qələbəni xalqımıza bəxş edən Prezident İlham Əliyevlə, şanlı Silahlı Qüvvələrimizlə fəxr etdiklərini bildiriblər. Şanlı tarix yazan Azərbaycan Ordusunun rəşadəti ilə, dəmir yumruğa çevilən sarsılmaz birliyimizlə sonsuz iftixar hissi keçirdiklərini vurğulayıblar.

A.Kərimov şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə xüsusi diqqət və qayğı göstərilməsinin Prezident İlham Əliyevin uğurlu sosial siyasətində mühüm yer tutduğunu bildirib.

Qeyd edib ki, dövlət başçısının tapşırığına əsasən, ölkədə bütün sosial proqramlar ildən-ilə genişlənir. Eyni zamanda bu kateqoriyadan olan vətəndaşların mənzil və fərdi evlə təmin edilməsi istiqamətində işlər getdikcə geniş miqyas alır. Bu il də rekord səviyyədə olmaqla azı 1 500 mənzil və fərdi evin şəhid ailələri və müharibə əlillərinə verilməsi nəzərdə tutulub, onlardan artıq 1 100-dən çoxu verilib. Ümumilikdə ötən dövrdə 9 000-ə yaxın şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin edilib.

Nazir müavini şəhid ailələri və müharibə əlillərinin sosial təminatının yaxşılaşdırılması üçün digər istiqamətlərdə atılan mühüm addımları da diqqətə çatdırıb.

Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri onlara göstərilən yüksək qayğıdan razılıqla bəhs edib, bu gün yeni fərdi evlərlə təmin edildiklərinə görə dövlət başçımıza dərin minnətdarlıqlarını ifadə ediblər.

Son xəbərlər

Orphus sistemi